!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremldən Qərbə MESAJ: “Bu bəyanat Rusiyanın nə qədər qıcıqlandığını göstərir ” - POLİTOLOQ

!Reklam – Yazi

“Hər dəfə Brüssel və Vaşinqton görüşlərindən qısa müddət sonra Rusiya tərəfindən rəsmi etirazların səsləndirilməsini müşahidə edirik. Bu bəyanatlar sayəsində proseslərin Rusiyanı nə qədər qıcıqlandırdığını görmüş oluruq”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşündə Moskvada Azərbaycan və Ermənistan arasında bir sıra sənədlərin imzalanacağı açıqlamasının Qərbə mesaj olması ehtimalından danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya açıq şəkildə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında Qərbin moderatorluğunu həzm etmir:

“Rusiya Qərbin Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsində vasitəçiliyinə mane olmaq üçün əlindən gələn bütün imkanlardan istifadə etməyə çalışır. Hər dəfə Brüssel və Vaşinqton görüşlərindən çox qısa müddət sonra Rusiya tərəfindən rəsmi etirazların səsləndirilməsini müşahidə edirik. Bu bəyanatlar sayəsində proseslərin Rusiyanı nə qədər qıcıqlandırdığını görmüş oluruq.

Yanaşı olaraq Rusiya Ermənistan-Azərbaycan münasibətlərin tənzimlənməsi prosesində təəssüf olsun ki, adekvat addımlar atmır. Əlindən gələ biləcək heç bir imkandan istifadə etmir. Xankəndi ətrafında baş verən hadisələr də Moskvanın proseslərin həllində maraqlı olmadığını göstərir.

Bu gün Ermənistanla Azərbaycan arasında problemin yeganə həllinin Qarabağdakı spearatçıların tərk-silah edilməsi olduğu nəzərə alınmalıdır. Əlavə olaraq məsələni kökündən həll etmək üçün Xankəndi erməniləri Azərbaycana inteqrasiya olmalı, Xankəndidən məcburi köçkün olmuş azərbaycanlılar isə həmin ərazilərə geri qayıtmalıdır. Sadalanan amillər problemin həllində kilid nöqtə ola bilər. Ancaq təəssüf ki, Rusiya bu məsələdə lazım olan marağı və diqqəti göstərmir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv