!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremldən YENİ DEMARŞ: “Rusiyanın MDB ölkələrinin dövlət dili məsələsinə aqressiv müdaxiləsi...”

!Reklam – Yazi

“Rusiya öz ənənəsinə sadiq qalaraq postsovet ölkələri ilə hələ də imperativ tonda danışmağa çalışır”.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qırğızıstanın dövlət dili haqqında qəbul etdiyi yeni qanunla bağlı narazılığına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya postsovet məkanında təsir imkanlarını saxlamaq üçün həmin ölkələrdə rus dilinin əhəmiyyətinin azalmasını qəbul edə bilmir:

“Rusiyanın keçmiş sovet ölkələrində, xüsusilə, MDB dövlətlərində rus dilindən istifadə məsələsində necə həssas olduğu hər kəsə məlumdur. Bu da səbəbsiz deyil. Çünki Moskvada başa düşürlər ki, Rusiyanın beynəlxalq aləmdə nüfuzunu itirdiyi bir şəraitdə region ölkələrində rus dilinin əhəmiyyətinin azalması onun mövqelərini zəiflədir.

Ona görə də Rusiya rəsmiləri MDB ölkələrində dövlət dilinin inkişaf etdirilməsinə yönəlik addımları özü üçün təhdid olaraq görür. Bu sırada Qırğızıstanda dövlət dili haqqında qanunun qəbulu və həmin sənəddə qırğız dilindən istifadənin stimullaşdırılması Kremldəkiləri qəzəbləndirib.

Bununla belə, müsbət haldır ki, Qırğızıstan da Lavrovun bu yersiz yanaşmasını cavabsız buraxmayıb. Qırğızıstan prezidenti deyib ki, onların bu qanunu qəbul etməkdə məqsədləri qırğız dilini inkişaf etdirməkdir. Əlbəttə, bu, istənilən dövlət üçün çox normal haldır.

Ancaq Rusiya öz ənənəsinə sadiq qalaraq, postsovet ölkələri ilə hələ də imperativ tonda danışmağa çalışır. Rusiyanı dünyada rəzil vəziyyətə salan səbəblərdən biri də məhz budur. Moskva bundan əvvəl Qazaxıstanın dövlət dili haqqında yeni qanununa bu cür reaksiya vermişdi. Amma Astana Moskvanın o təzyiqinin qarşısından geri çəkilmədi. İndi Qırğızıstan da belə davranmaqla, doğru edir”.

A.Zeynalov

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv