!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlə daha bir zərbə: BMT-nin beynəlxalq məhkəməsindəki vəkilləri Rusiyadan imtina etdilər

!Reklam – Yazi

Rusiyanın BMT-nin beynəlxalq məhkəməsində hüquqlarını qoruyan vəkillər Moskva ilə əməkdaşlığı dayandırıblar.

Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bu barədə ölkə xarici işlər nazirinin müavini Əminə Capparova sosial şəbəkə hesabında yazıb.

Qeyd olunur ki, nəzərdə tutulan vəkillər 2014-cü ildən etibarən beynəlxalq məhkəmədə Rusiyanın maraqlarını qoruyurdular.

Fevralın 24-nə qədər Rusiyanın vəkillərindən biri olan Paris Universitetinin beynəlxalq hüquq üzrə professoru Alan Pelle Moskva ilə əməkdaşlıqdan imtinasını belə əsaslandırıb:

“Hüququn tətbiq olunduğu müstəvidə hüquqa bu qədər sayğısızlıq göstərən bir ölkəni təsəvvür belə etmək mümkün deyil. Rusiyanın ölümsaçan hücumu ilə beynəlxalq hüquq prinsipləri tapdalanıb”.

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv