!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlə dron zərbəsinin arxasında kim dayanır?: "Daha ağır silahlardan istifadə etmək üçün..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiya Ukraynada daha ağır silahlardan istifadə etmək üçün öz daxilində müəyyən təxribatlar həyata keçirir”.

Bu sözləri Kremlə endirilən dron zərbəsindən sonra Rusiyanın aqressiv davranışı və qisasçılıq çıxışlarını şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, Rusiyaya Ukraynada ağır silahlar tətbiq etmək üçün bəhanə lazım idi:

“Kremlə dronla hücum çoxlu suallar ortaya çıxardı. Xüsusilə Ukrayna tərəfinin bunu təkzib etməsi, eyni zamanda yayılan video kadrlar onu deməyə əsas verir ki, dron hücumu heç də rəsmi Kiyev tərəfindən həyata keçirilməyib. Müharibədə belə gedişlər, manevrlər mümkündür. Prosesin altından Rusiya tərəfinin çıxması ehtimalı daha yüksəkdir. Rusiyanın paytaxtına doğru bir neçə hava hücumundan müdafiə sisteminin yarılması, Kremlə qədər dronun gəlməsi və zərbə endirmək ehtimalı mənə elə gəlir ki, Rusiya kimi hərbi cəhətdən güclü dövlət üçün mümkün deyil. Ən azı Rusiya tərəfi bütün bunları nəzərdən keçirməli idi. Müdafiəsini əsaslı şəkildə qurmalı idi.

Rusiya tərəfinin bunu etməkdə məqsədi hərbi əməliyyatlar teatrında çox ciddi nailiyyətlər əldə etməsidir. Hazırda Baxmud istiqamətində Vaqner qruplaşmasının kənarlaşdırılması, onlara Rusiya Müdafiə Nazirliyi tərəfindən dəstək verilməməsi fonunda bilavasitə Rusiya tərəfinin bütün bu təşəbbüsləri əlinə almaqla, ehtimal olunan ağır silahlardan istifadə etməklə Ukraynanın yanında olan ölkələrə mesaj vermək niyyəti güdür. Bunu qarşıdakı dönəmdə izləyə bilərik. Yaxın tariximizi bilən şəxslərə məlumdur ki, Rusiya Çeçenistan müharibəsində də bu cür addımlar atıb. Bu ssenari üzrə əməliyyatlar icra edib”.

Səxavət Məmməd

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv