!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlə kəllə atan İrəvanın MÜMKÜN SONU: "Ermənistanın suverenliyi sual altındadır"

!Reklam – Yazi

“Nə Ukraynanı, nə də Rusiyanı Ermənistanla müqayisə etmək olar”

Bunu Ermənistanın Qərbə üz tutması fonunda ekspertlərin Rusiya ilə qarşı-qarşıya gəlmə riskləri haqqında fikirlərinə münasibət bildirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyevin sözlərinə görə, belə getsə, Ermənistan da Ukraynanın taleyini yaşayacaq:

“İkinci Dünya müharibəsindən bu günə qədər Qərb heç vaxt öz əsgəri ilə vuruşmayıb. Ermənistan bilir ki, Rusiya ilə sahədə bacara bilməyəcək. Buna baxmayaraq, Rusiya ilə konfliktə gedirsə, burada bir neçə ehtimal var: ya Ermənistan hakimiyyəti gizli şəkildə Rusiya ilə oynayır və bunu bilərəkdən edir, rəsmi Moskvanın Cənubi Qafqazda bütövlükdə oturmasına çalışır, ya da Paşinyan Qərb dairələri qarşısında öhdəlik götürüb, açıq şəkildə riskə edir. Hər iki halda da Ermənistanın suverenliyi sual altındadır.

Çünki böyük güclərin toqquşma məkanına çevrilən istənilən dövlət sonunda yeganə itirən itirən dövlət olur. Həmin dövlətin ya ərazisi işğal altına düşür, ya da parçalanır. Bununla bağlı kifayət qədər misallar gətirmək olar.

Ukrayna da Qərbin diqtəsi ilə Rusiyaya qarşı çıxdı. Ancaq hazırda Ukraynanı elə Qərb dövlətləri böyük güzəştlər hesabına Rusiya ilə sülhə hazırlayır. Ukraynaya Qərb ölkələri silah, sursat, maddi yardım etdi, ancaq onların heç bir əsgəri döyüşmədi. Yəni erməni ekspertlər məntiqi olaraq erməni əsgərlərinin, rus əsgərləri ilə üz-üzə qalacağını deyirlər. Rusiya ilə Ermənistanı müqayisə etmək absurddur. Təsəvvür edin ki, Ukrayna ordusu say baxımından Avropanın ikinci ən böyük ordusu idi, Ermənistanın isə insan resursu ilə bağlı ciddi problemləri var. Nə Ukraynanı, nə də Rusiyanı Ermənistanla müqayisə etmək olar. Yeri gəlmişkən, Ukraynanın Avropa ilə birbaşa quru sərhədi var, ancaq Ermənistanın belə bir şansı yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv