Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kremlin “5 rayon blefi”: Sergey Lavrov erməniləri necə sakitləşdirir?  -  VİDEO

Reklam: High Technic

Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın Rusiya səfəri bir sıra qalmaqallı məqamlarla yadda qalıb.

Milli Məclisin mətbuat xidmətinin məlumtında Sahibə Qafarovanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə nazirin “Rusiya 5 rayonun qaytarılmasının tərəfdarıdır” fikrinin yer alması Kremldə narahatlıqla qarşılanıb. Məlumat geniş yayıldıqdan sonra isə sözügedən hissə mətbuat xidmətinin məlumatından çıxarılıb.

Mövzu ilə bağlı Yenicag.az-a danışan politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Lavrov həmin fikirləri səsləndirsə də, dediklərinin ictimailəşməsində maraqlı olmayıb:

“Əgər görüşdə o fikirlər səsləndirilməsəydi, Milli Məclisin mətbuat xidməti bunu yayımlamazdı. Mətbuat xidməti də təbii ki, Sahibə Qafarovanın onları məlumatlandırması əsasında bunu yayıb. Məlumatın yayımlanmasından sonra ruslar qapalı söhbətin detallarının açıqlanmasından narahat olublar.

Lakin Sahibə Qafarovanin Rusiya rəsmiləri ilə söhbətin mühüm məqamlarını ictimailəşdirməsi çox müsbət haldır. O məlumat daha sonra korektləşdirilsə də, bu, gerçəyi dəyişmir. Biz bildik ki, Rusiya Paşinyan haqqında nə düşünür və Qarabağla bağlı hansı addımları atmaq istəyir. Qalanları təfərrüatdır. Diplomatiyada bəzən belə hallar olur”.

www.yenicag.az

2399