!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin İrəvanla bağlı PLANI: "Rusiya Paşinyanın yerinə Vardanyanı hazırlayır"

!Reklam – Yazi

“Hesab edirəm ki, Qarabağ Ruben Vardanyan üçün tramplindir”.

Bu fikirləri Qarabağda ehtimal olunan təxribatlar və lokal toqquşma ehtimalları barədə danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Ruben Vardanyan Qarabağda gərginliyi daha da artıracaq:

“Vitali Balasanyan müharibə görüb. Onun ermənilər arasında nüfuzu var idi. O, Arayiklə, Vardanyana maneçilik törədirdi. Vitali müharibənin nə olduğunu gözəl bilirdi və ehtimal oluna biləcək toqquşmanın nəticəsini də anlayırdı. Hesab edirəm ki, o, növbəti müharibənin olmasının tərəfdarı deyildi. Buna görə də təxribatlardan çəkindirməyə çalışırdı. Onun gedişi ilə Ruben Vardanyan gərginliyi artıracaq, təxribatlar etməyə cəhd edəcək. Bunu Vardanyan da özbaşına etmir. Rusiyanın əmri ilə işlər görür.

Hesab edirəm ki, Qarabağ Ruben Vardanyan üçün tramplindir. Rusiya Paşinyanın yerinə Vardanyanı hazırlayır. Oradakı ermənilərin həyatı ona maraqlı deyil. Onun tapşırığı Qarabağda gərginliyi artırmaqdır. Vitali gözəl bilirdi, növbəti toqquşma olsa, Azərbaycan həm torpaqları işağldan azad edəcək, həm də orada yurisdiksiyasını quracaq. O buna mane olmaq istəyirdi. Rubenlə Arayik buna görə də onu aradan götürdülər. Onların məqsədi öz çirkin əməllərini həyata keçirməkdir”.

Səxavət Məmməd

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv