!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin Moldova PLANI: “Rusiya elə fikirləşir ki, postsovet ölkələri ona məxsusdur” - ŞƏRH

!Reklam – Yazi

“Təəssüf ki, biz illərdir görürük, Qərblə yaxınlaşmaq istəyən ölkələr bunun bədəlini öz ərazilərində körüklənən separatizmlə ödəyirlər”.

Bu sözləri Moldovada Qaqauz Muxtar Bölgəsinin müstəqillik meyilləri və referendum istəklərinə münasibət bildirən siyasi ekspert Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, vəziyyətin belə olacağı təqdirdə Rusiya Federasiyasının daxilində çoxsaylı xalqlar və muxtar respublikalar var ki, onlar da haçansa Rusiyadan müstəqillik tələb edə bilər:

“Rusiyanın postsovet məkanında separatizmi dəstəkləməsi məlum məsələdir. Moldovada Dnestryanı ərazi buna əyani sübutdur. Buna bənzər digər münaqişə ocaqları Ukrayna, Gürcüstan və Qarabağda mövcuddur. Təəssüf ki, Rusiya Moldovada bu niyyətindən əl çəkmir.

Qaqauzlar türk mənşəli xalqdır və bizim dilə çox yaxın dildə danışırlar. İstənilən dövlətdə müxtəlif xalqlar yaşayır, lakin bu onların separatizmə rəvac verməsi üçün əsas verməməlidir. Aydın məsələdir ki, bunu kənardan stimullaşdıran qüvvələr var.

Moldovanın Avropa İttifaqı və Rumıniya ilə yaxınlaşmaqdan başqa çıxış yolu yoxdur, çünki Rusiya bu dövləti enerji böhranına soxub.

Rusiya elə fikirləşir ki, postsovet ölkələri ona məxsus ərazilərdir və burada yaşayan dövlətlər öz müstəqil siyasətlərini müəyyənləşdirə bilməz. Lakin Rusiyanın apardığı separatizmi qidalandıran bu siyasəti onun öz əleyhinə yönələ bilər. Rusiya Federasiyasının daxilində çoxsaylı xalqlar və muxtar respublikalar var ki, onlar da haçansa Rusiyadan müstəqillik tələb edə bilər.

Bir sözlə, Moldova müstəqil dövlətdir və Avropa dəyərləri olan, avrointeqrasiya yolu tutan, bu qitəyə yaxın bir ölkədir və onun bir parçası olmaq istəyir. Təəssüf ki, biz illərdir görürük ki, Qərblə yaxınlaşmaq istəyən ölkələr bunun bədəlini öz ərazilərində körüklənən separatizmlə ödəyirlər.

Əlbəttə ki, bu addımlar bu ölkələri avrointeqrasiyadan çəkindirmək məqsədi güdür, lakin gec-tez Moldova inkişaf etmək üçün Rumıniya ilə birləşə bilər. Qaqauzlar isə türk xalqı olaraq digər xalqlar kimi bu ölkənin tərkibində yaşaya bilərlər, necə ki, Azərbaycanda müxtəlif xalqlar yaşayırlar. Dünyanın heç bir dövlətində separatizmə yer yoxdur və Rusiya belə vasitələrlə ölkələrə təsir etməkdən əl çəkməlidir”.

Yusif Səmədzadə

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv