!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin Nazarbayevə yönəltdiyi MƏNFİ YÜK: Avrasiya İttifaqı, yoxsa Türk Dövlətləri Birliyi? – AKTUAL ŞƏRH

!Reklam – Yazi

“Rusiya ilə münasibətlərin hər hansı formada genişləndirilməsi xüsusilə, siyasi, hərbi və təhlükəsizlik sahəsində geriyə doğru atılan addım olacaq”.

Bu fikirləri Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını təklif etməsindən sonra bu istiqamətdə gedən müzakirələri dəyərləndirən Azad Demokratlar Partiyasının (AzDP) Sülhəddin Əkbər Yenicag.az-a açıqlamasında deyib.

AzDP sədrinin fikirncə, Rusiya bu təklifi Nazarbayevin dilindən təkrar səsləndirməklə, təşəbbüsün Moskva ilə bağlı mənfi yükünü azaltmağa çalışır:

“Bilirsiniz ki, Rusiyanın bu istəyi hələ ikinci Qarabağ savaşından öncə də meydana gəlmişdi. Dünyada geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bir vaxtda, Rusiyanın kollektiv Qərblə münasibətlərinin kəskinləşdiyi, faktik bloklaşma dövrünün başladığı bir zamanda Moskva çalışır ki, öz müttəfiqlərinin, tərəfdaşlarının sayını artırsın.

O baxımdan, Rusiyanın bu cəhdi anlaşılandır. Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını ilk dəfə Rusiya təklif etmişdi, indi isə bunu Nazarbayevin dilindən təkrar səsləndirməklə, təşəbbüsün Moskva ilə bağlı mənfi yükünü azaltmağa çalışırlar. Yəni bu təklifin metropoliyadan deyil, bir Türk dövlətindən gəldiyini qabardırlar.

Bu məqam aldadıcı olmamalıdır. Təbii ki, Azərbaycan öz inkişafında milli maraqlarını rəhbər götürməli, müstəqillik kursunu davam etdirməli, Türkiyə ilə strateji tərəfdaşlıq və Türk dövlətləri birliyinin yaradılması istiqamətində hərəkət etməli, Avropa Birliyi və NATO ilə münasibətləri dərinləşdirməlidir. Rusiya ilə münasibətlərin hər hansı formada genişləndirilməsi xüsusilə, siyasi, hərbi və təhlükəsizlik sahəsində geriyə doğru atılan addım olacaq”.

A.Zeynalov

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv