!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin Paşinyana bağışlamadığı MÖVQE: “Rusiya hakimiyyətinə xas olan bu yanaşma...”

!Reklam – Yazi

“Zaxaovanın mesajında Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi saymasından qeyri-məmnunluq duymasına da eyham var”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın Ermənistandan Rusiyaya yönəlik yardım çağırışlarına ironik cavabına münasibət bildirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın rəsmi şəxsləri Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasını İrəvana bağışlamayıb:

“Demək istərdim ki, Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyana yönəlik mesajında dəqiq və sərrast mövqe tutub. Doğrudan da, Paşinyanın Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etməsindən sonra rəsmi Bakının öz torpaqları kimi tanıdığı ərazilərdə həyata keçirdiyi tədbirlərlə bağlı hansısa dövlətə müraciət edərək şikayətlənməsi məntiqsiz olmaqla yanaşı, qeyri-ciddi və gülüş doğuran hərəkətdir.

Əslində, Zaxarovanın həmin mesajında belə bir eyham var ki, sən Qarabağı Azərbaycanın ərazisi kimi tanımısansa, daha bizdən nə istəyirsən? Rusiyalı diplomat bununla həm də Azərbaycanın öz ərazisində Konstitusiya quruluşunu bərpa etmək hüququna malik olduğunu etiraf edir. O, Paşinyana demək istəyir ki, Qarabağ Azərbaycanındırsa, o, həmin ərazidə öz Konstitusiyası və beynəlxalq hüquq əsasında tam sərbəst addımlar ata bilər.

Digər tərəfdən, Zaxarovanın haqqında danışdığımız mesajında Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi saymasından qeyri-məmnunluq duymasına da eyham var və Paşinyanın məlum bəyanatını ona bağışlaya bilmir. Ancaq Paşinyanın məlum bəyanatı Rusiyanın özünü də fakt qarşısında qoyub. Yəni Zaxarovanın bəhs olunan mesajının sətiralltı mənalarından biri də “Qarabağı Azərbaycan ərazisi kimi tanımayaydın, indi də belə vəziyyətə düşməyəyədin” yanaşmasıdır.

Rusiyanın eks-prezidenti Medvedyev də son paylaşımlarından birində Paşinyanın aqibətinin çox acınacaqlı olacağını bildirib. O, Paşinyanı “ölkəsinin bir hissəsindən imtina etməkdə” suçlayır. Medvedyevdən soruşan lazımdır ki, Paşinyan ölkəsinin hansı ərazisindən imtina edib? Ona görə də, təəəssüf ki, Zaxarovanın bu mövqeyi bütün Rusiya hakimiyyətinə xas olan yanaşmadır. Amma onun bu fikri müəyyən mənada həqiqətdir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi sayırsa, o, regiondan əlini və gözünü çəkməlidir”.

A.Zeynalov

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv