!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin “Qarabağ üçün status” CƏHDİ: “Lavrov bunu açıq deyə bilmir, çünki...”

!Reklam – Yazi

“Türkiyə də açıq mesaj verir ki, Rusiya hərbçilərinin Qarabağdakı varlığı müvəqqəti olmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 18-də keçirdiyi mətbuat konfransında Qarabağın statusunun ziddiyyətli olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, kimin nə söyləməsindən asılı olmayaraq, Qarabağın statusu məsələsi artıq müzakirə mövzusu deyil:

“Əgər Lavrov desəydi ki, status müəyyənləşməlidir, o zaman Azərbaycan əleyhinə fikir söyləmiş olardı. Azərbaycan prezidenti dəfələrlə deyib ki, status gorbagor oldu. Bu məsələ artıq bizi maraqlandırmır.

Biz müharibədə böyük uğur qazandıq, artıq statustdan heç bir söhbət gedə bilməz. Açıq demək lazımdır ki, Rusiyanın status məsələsində bizə o qədər də böyük təzyiqi yoxdur. Yanvarın 11-də görüş oldu, Putin bu məsələ ilə bağlı heç bir təzyiq etmədi.

Ərazilərimizin böyük hissəsini azad etmişik, ermənilər kiçik bir ərazidə qalıblar, sayları heç 50 min nəfər də deyil, onlar üçün xüsusi status olmalıdır? Kürdəmirin, Qaxın, Lənkəranın statusu nədirsə, onların da statusu elə olmalıdır. Bizim vətəndaşlığımızı qəbul edib yaşamalıdırlar, onlara heç bir status verilməyəcək. Görünür, Lavrov bunu açıq deyə bilmir, çünki ermənilərlə tərs düşəcəyindən qorxur. Amma onun bu dedikləri Azərbaycan əleyhinə yönələn fikir deyil.

Bizi narahat edən Rusiya hərbçilərinin məsuliyyəti məsələsidir. Türkiyə də açıq mesaj verir ki, Rusiya hərbçilərinin Qarabağdakı varlığı müvəqqəti olmalıdır. Bu məzmunda açıqlamaları biz də səsləndirməliyik.

Çünki rusiyalı hərbçilərin təxribatı göz qabağındadır. Rusiya elə bilməsin ki, hərbçiləri Qarabağda əbədi qalacaq və sonra da orada hərbi baza yaradacaq. Bu, bizi narahat etməlidir. Status məsələsi isə artıq müzakirə mövzusu deyil”.

Aqil Bəkir

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv