!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin Qarabağla bağlı planı: "Ermənistanın Rusiya boyunduruğundan çıxmağa..." - Polkovnik

!Reklam – Yazi

“Azərbaycan suverenliyini əsas gətirərək çox radikal addımlar ata bilər”.

Bu fikirləri Qarabağ ətrafında baş verən proseslər, rusların davranışı və Azərbaycan tərəfinin atmalı olduğu addımları dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, Azərbaycan yumşaq diplomatiyadan sərt diplomatiyaya keçməlidir:

“Qarabağ məsələsində açar rolunu Ermənistandan daha çox Rusiya oynayır. Rusiyanın məqsədi, məramı Ermənistanı, yaxud Azərbaycanı dəstəkləmək deyil. Rusiya nə müharibə istəyir, nə sülh. Rusiya münaqişənin uzanmasını yox, ümumiyyətlə, bitməsini istəmir. Rusiya istəyir ki, yeri gələndə Azərbaycan aqressiv olsun, yeri gələndə Ermənistan. Müharibə olmasın, arada desin, gəlin Soçidə görüşək. Bu, Kremlin siyasətinin ana xəttidir.

Rusiya Cənubi Qafqazdan getmək istəmir. Bu da Ermənistanı qane edir. Ancaq yüz faiz qane etmir. Ermənistanın çıxış yolu da yoxdur. Ermənistanın indiki iqtidarı istəyir ki, münaqişəni bitirsin, Qərbin tam himayəsi altına girsin. Ancaq Ermənistanın Rusiya boyunduruğundan çıxmağa gücü çatmır. İstəyi ilə gücü tərs mütənasibdir. Ona görə də Rusiya nə deyirsə, onu edir.

Qarabağda baş verən proseslərdə Rusiya açar rolunu oynadığı kimi, Azərbaycan da bu rolu oynaya bilər. Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquqa söykənir. Azərbaycan başqasının ərazisini istəmir. Rəsmi Bakı həddindən artıq ehtiyatlı hərəkətlər edir. İndiyə kimi daha çox ehtiyatlı hərəkət edib, indi də birdən-birə baryeri aşa bilmir. Çünki müəyyən sənədləşməmiş razılaşmalar var. Bu, açıq hiss olunur.

Azərbaycan suverenliyini əsas gətirərək çox radikal addımlar ata bilər. Məsələ hərbi müstəvidə olsa, özünü inamlı, arxasında Türkiyəni hiss edər. Bu proses getmir. İndiki halda Azərbaycanın qarşısında Ermənistan yox, Rusiya var. Ermənistan da bunu bilir. Ona görə də erməni tərəfi “Artsax” ordusu”ndan danışa bilir. Əslində, bu, Ermənistanın yox, Rusiyanın mövqeyidir”.

Səxavət Məmməd

www.yenicag.az

1922
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv