!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Krım körpüsünün partladılması: Kreml bunu edə bilər? - Hərbi ekspert AÇIQLAYIR

!Reklam – Yazi

“Putin idarəetməsini 20 ildən çox izləyən bir adam kimi, demək olar ki, burada eynilə onun İkinci Çeçen müharibəsində atdığı addımlar görünür”.

Bu fikirləri Krım körpüsü partladıldıqdan sonra Rusiyanın daha da aqressivləşməsi haqda danışanhərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Krım körpüsünün partladılması Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX – “FSB”) dəst-xəttidir:

“Hadisə baş verəndə öncə versiyalar üzərində düşünürlər. İlk versiyalardan biri bu idi ki, Ukrayna körpünü raketlə vurub. Ancaq analizlər və Rusiyanın özünün də açıqlamasından sonra tam əminlik yarandı ki, körpü raketlə partladılmayıb. Körpünün necə partladılması da müzakirə mövzusudur. Versiya budur ki, avtomobil partladılıb, nəticədə yol uçub, həmçinin yuxarıdakı dəmiryolda olan çənlərdə yanğın baş verib. Ərazi raketlə vurulsaydı, birinci dəmiryol xəttini vurardılar. Çünki bu xətt daha aktivdir.

Əsas versiyalardan biri də “FSB” ilə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi arasındakı “müharibə”dir. Əfqanıstan müharibəsində “FSB”nin səhv məlumatı əsasında ordunu göndərdilər, ordu məğlubiyyətə düçar oldu. Ordu rəhbərliyi ilə “FSB” rəhbərliyi arasındakı ziddiyət dərinləşir. Ordu ilə digər güc nazirlikləri arasındakı narazılıq az qala açıq müstəviyə keçir. Belə bir versiya var ki, “QRU” körpünü partladıb. Çünki həmin körpünün təhlükəsizliyinə “FSB” təminat verir. Digər versiya isə Ukrayna xüsusi xidmət orqanlarının bunu etməsidir.

Putin idarəetməsini 20 ildən çox izləyən bir adam kimi, demək olar ki, burada eynilə onun İkinci Çeçen müharibəsində etdiyi addımlar görünür. Yəni partlayış Rusiya rəhbərliyinin göstərişi ilə törədilib deyə bilərik. Körpüyə həddən çox ziyan dəyməyib. Dəmiryolun və şose yolunun bərpa olunub işləməsi 1 sutka çəkmədi. Buradan belə nəticə çıxır ki, Rusiya tərəfi bunu qəsdlə törədib ki, Ukraynanın ona vurduğu zərbələrin, uğursuzluqlarının əvəzini çıxması üçün alibi qazansın. Cəbhə xətti Kiyevdən çox-çox uzağa çəkilmişdi, rus qüvvələri də orada məğlubiyyətə uğrayırdı. Ona görə də Putin bunu sığortalamaq üçün belə bir addım atdı.

Putin buna bilərəkdən, eynilə Çeçen müharibəsində olduğu kimi, təxribat adı qoyur ki, adekvat tədbirlər görsün. Bu, açıq hücum olmadığına görə taktiki nüvədən istifadəni dilə gətirmir və raketlərlə Kiyevi vurur. Putin həm də öz xalqı qarşısında özünü sığortalamaq istəyir. Döyüş meydanındakı uğursuzluqlarının heyfini Rusiya bu şəkildə çıxır.

Yeri gəlmişkən, Ermənistan son sərhəd toqquşmasında da bu addımı atdı. Təxribatı törədib, sonra bütün dünyaya car çəkdi ki, Azərbaycan tərəfi hücum edir”.

Səxavət Məmməd

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv