!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Krım tatarı fəalının həbsxanadan MƏKTUBU: “Baş verənlərdən şeytan da baş açmaz”

!Reklam – Yazi

Rusiyada həbs olunan Krım tatarı fəalının məhbəsdən yazdığı məktub yayılıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiya həbsxanasında saxlanılan Krım tatarı fəalı Leniye Umerova tezliklə azadlığa çıxacağına inandığını bildirib.

Bu barədə onun qardaşı Əziz Umerov özünün “Facebook” hesabındakı paylaşımında bildirib.

Əzizin yazdığına görə, bacısı məktubu mayın 30-da yazsa da, Rusiya xüsusi xidmət orqanlarının senzurası səbəbindən bu günlərdə onlara çatdırılıb. Umerova məkubunda bildirib ki, ədalətə və azadlığa çıxacağına inanır:

“Yarım il əvvəl doğmalarımı ziyarət məqsədilə Krıma getmişdim. Ancaq ora yetişməyimə imkan vermədilər. Artıq yarım ildir baş verənlərdən şeytan da baş açmaz.

Məni dəstəkləyənlərə və başımın sərinliyini, ürəyimin atəşini azalmağa imkan verməyənlərə təşəkkür edirəm. Bu mənim üçün əvəzsizdir. Ədalətə və özbaşınalığın bir gün sona çatacağına inanıram”.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv