!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Krım tatarlarına qarşı REPRESSİYA: Daha bir aktivistə uzunmüddətli həbs cəzası verildi

!Reklam – Yazi

Rusiya məhkəməsində aramsız təzyiqlərə məruz qalan Krım-tatar ictimai xadiminə hökm oxunub.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiyanın Cənub dairə hərbi məhkəməsində Krım-tatar fəalı Ernes Seytosmanova qarşı proses keçirilib.

37 yaşlı Seytosmanov Ukrayna və başqa ölkələrdə leqal fəaliyyət göstərən, lakin Rusiyada qadağan edilmiş “Hizb-ut-Təhrir” partiyasının yerli strukturunu yaratmaqda ittiham edilib.

Rostovda baş tutan məhkəmə iclasında dövlət ittihamçısı Vladislav Kuznetsov siyasi məhbusun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakim dövlət ittihamçısının rəyini əsas götürərək Seytosmanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb. O, bu müddətin ilk 4 ilini ağır rejimli həbsxanada keçirəcək.

Qeyd olunur ki, Seytosmanovun qardaşı Ənvər 2019-cu ildə eyni məhkəmə tərəfindən 17 il müddətinə azadlıqdan məhrum edilib.

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv