!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Krımda güclü partlayışlar: Kerç körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı - FOTO

!Reklam – Yazi

Krımda güclü partlayışlar baş verib.

Yenicag.az xəbər verir ki, bu səbəbdən rusiyalı hərbçilər Kerç körpüsündə nəqliyyatın hərəkətini dayandırıblar.

Partlayışların Simferopolda, eləcə də Novofedorovka və Qvardeyskdə olduğu bildirilir.

Bu barədə “Krımskiy veter” “Telegram” kanalı xəbər verib.

Simferopol Fövqəladə Hallar İdarəsinin məlumatına görə, Simferopolda, eyni zamanda Simferopol rayonunda, Qvardeyskdə çox güclü partlayışlar baş verib və tüstüsü havaya yayılıb.

Novofedorovkada isə Rusiyanın hava hücumundan müdafiəsi işə düşüb.

Həmçinin partlayışlar səbəbindən Kerç körpüsündə nəqliyyatın hərəkətinin müvəqqəti olaraq bağlandığı qeyd edilir.

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv