!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Krımın geri qaytarılması Ukrayna üçün qanlı və ağır olacaq” – “The Economist”

!Reklam – Yazi

Qərb koalisiyası Ukraynanın işğal altındakı ərazilərini azad etməsinin Rusiyanı hərbi təcavüzün yeni dalğasını başlatmağa sövq etməsindən ehtiyatlanır.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə nüfuzlu “The Economist” nəşrinin mövzuya həsr etdiyi materialda qeyd olunub.

Bildirilir ki, Qərb müttəfiqləri Ukraynanın Donbas və Krımı Rusiya işğalından tam azad etmək niyyətinə ehtiyatla yanaşırlar.

Onların fikrincə, Krımın açıq keçidləri və bataqlıq əraziləri Ukrayna ordusunun orada böyük itkilər verə biləcəyini göstərir. Eyni zamanda, rusiyalı partizanların Ukrayna ordusuna qarşı döyüşəcəkləri vurğulanır:

“Krımda hərbi əməliyyatların keçirilməsi, adətən, minlərlə hərbçinin həlak olması ilə nəticələnir. 1850-ci illərdə baş verən Krım müharibəsindəki itkiləri nəzərə almasaq, sadəcə son yüzillikdə – Rusiyadakı Vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi zamanı yarımadada yüz minlərlə hərbçi həlak olub.

Yarımadanın ələ keçirilməsi üçün dar və açıq zolaqlardan, həmçinin bataqlıq ərazilərdən keçmək lazımdır. Hərbi ekspertlərin fikrincə, yarımadanın topoqrafiyası Ukraynanı bu barədə düşünməyə vadar etməlidir”.

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv