!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Krımın ilhaqının İLDÖNÜMÜ: Moskvada bayram konserti ləğv edildi

!Reklam – Yazi

Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaq edilməsindən 9 il ötür.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiya hakimiyyətinin bu münasibətlə Moskvanın “Lujniki” stadionunda nəzərdə tutduğu böyük konsert proqramı ləğv olunub.

Rusiyanın müstəqil xəbər mənbələri bu qərarı Rusiya Prezidenti Vladimir Putinin kütləvi tədbirdə iştirakdan çəkinməsi ilə əlaqələndiriblər. Eyni zamanda ölkənin xüsusi xidmət orqanları da mümkün terror aktları ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Həmin resurslar bildiriblər ki, ötən illərdə Krımın ilhaqının böyük konsert və gəzintilərlə qeyd olunmasına baxmayaraq, bu dəfə tədbirlər avtoyürüş və xüsusi mühazirələrin oxunması ilə məhdudlaşacaq.

Xatırladaq ki, Rusiya hakimiyyəti 2014-cü il martın 16-da Ukraynanın Krım Muxtar Respublikasında psevdoreferendum təşkil edərək, yarımadanın ilhaqı üçün “hüquqi əsas” yaratmağa çalışdı. Rusiya həmin il martın 18-də “referendum”un nəticələrini təsdiqlədi.

Bununla belə, aradan keçən 9 il ərzində Nikaraquadan başqa heç bir ölkə Krımı Rusiyanın tərkib hissəsi kimi tanımır.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv