!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Krımın yarımadadan adaya çevrilməsi: “Bu istiqamətdə hücuma keçsək və...” – Polkovnikin PLANI

!Reklam – Yazi

“Düşmən bu ehtimalı nəzərə alır və həmin ərazilərdə müdafiə tədbirlərini gücləndirməyə çalışır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın Krım istiqamətində mümkün hücum kampaniyasını dəyərləndirən Ali Radanın deputatı, polkovnik Roman Kostenko deyib.

Onun sözlərinə görə, Rusiyanın Donetsk və Luqansk vilayətlərində yeni əraziləri zəbt etmək potensialı yoxdur.

O əlavə edib ki, mövcud şəraitdə Ukrayna ordusu üçün həlledici istiqamət Zaporojyedir:

“Əgər bu yöndə hücuma keçsək və Melitopol-Berdyansk istiqamətində düşmən qoşunları arasında əlaqəni kəsə bilsək, o halda Krım faktik olaraq yarımadadan yalnız Kerç körpüsünün ümidinə qalan bir adaya çevriləcək. O körpünü isə biz atəş altında saxlayacağıq.

Ancaq düşmən bu ehtimalı nəzərə alır və həmin ərazilərdə müdafiə tədbirlərini gücləndirməyə çalışır”.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv