Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kriminal aləmlə bağlılığı olan azərbaycanlı belə saxlanıldı - VİDEO

Rusiyanın Omsk kriminal avtoritetlərlə bağlılığı ilə seçilən azərbaycanlı tutulub.

Yenicag.az xəvilayətində bər verir ki, söhbət Əli Salehzaddan gedir.

O, 2009-cu ildə quldurluğa görə məhkum olunub. Həbs müddətində cəzaçəkmə müəssisəsində kriminal avtoritetlərin dəstəyini qazanıb.

Həbsdən azad olunduqdan sonra onun 2025-ci ilə qədər Rusiyaya girişi qadağan olunub. Buna baxmayaraq, Əli Salehzad sözügedən ölkəyə başqa adla daxil olub.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 33 yaşlı Azərbaycan vətəndaşı Əli Yaşar oğlu Salehzad saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 4 qram həşiş, avtomobilindən isə 10 qram marixuana aşkarlanaraq götürülüb. Onun barəsində cinayət məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi başlanılıb.

Rusiya mətbuatı yazır ki, Əli Salehzad 2009-cu ildə Saxalin vilayətində silahlı basqınlar törətdiyinə görə həbs olunub. Onun yerli sahibkarlardan pul qoparmaq və s. cinayətlərdə əlinin olması istisna edilmir. O, 2017-ci ildə azadlığa çıxıb. Bundan sonra Azərbaycana qayıdıb, ad və soyadını dəyişib. 2018-ci ildə isə yenidən Rusiyaya geri dönüb. Bu dəfə isə Rusiya sərhəddini qanunsuz keçməkdə ittiham olunub.

Loading...

www.yenicag.az

5958
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100