!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kriptovalyuta bazarında çöküş: "Bitcoin"in taleyi necə olacaq?

!Reklam – Yazi

Kriptovalyuta bazarında çöküş davam edir.

Yenicag.az xəbər verir ki, dünyada ən populyar kriptovalyuta olan “Bitcoin” 2020-ci ilin noyabrından bəri ilk dəfə 20 min dollardan aşağı düşüb. “Bitcoin” hazırda 18 min 846 dollardan satılır.

Bununla yanaşı, “TERRA” və “LUNA” kriptovalyutalarında da çöküş davam etməkdədir. Bu kriptovalyutaların saxta olduğu aşkarlandıqdan sonra bazarda inamı kəskin şəkildə azalmaqda davam edir.

Xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin pul siyasətinin sərtləşdirilməsi fonunda bütün kriptovalyutalar ucuzlaşır. Lakin ekspertlərə görə, ilin ikinci yarısında “Bitcoin” 45 min dollara qədər bahalaşacaq.

Gülşən Şərif

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv