!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kriptovalyuta bazarında çöküş: “Voyager Digital” şirkəti iflas etdi

!Reklam – Yazi

Kripto aktivlər üzrə broker olan “Voyager Digital” şirkəti iflasa uğradığını elan edib.

Yenicag.az xəbər verir ki, şirkət açıqlamasında ABŞ İflas Məcəlləsinin 11-ci maddəsinə uyğun olaraq borcun restrukturizasiyası prosesinə başlanıldığı qeyd edilib.

“Voyager Digital”ın baş icraçı direktoru Stiven Erliks bildirib ki, hərtərəfli restrukturizasiya platformada aktivləri qorumaq və müştərilər də daxil olmaqla, bütün maraqlı tərəflər üçün dəyəri maksimuma çatdırmaq üçün ən yaxşı yoldur.

Şirkət “Three Arrows Capital”a verdiyi kreditdən 650 milyon dollardan çox itkiyə məruz qaldıqdan sonra çərşənbə axşamı Nyu-York federal məhkəməsinə 11 fəsillik iflas iddiası ərizəsi yazıb. Şirkət ərizəsində 100 mindən çox kreditoru və 1 milyard dollardan 10 milyard dollara qədər öhdəliklərə malik olduğunu bildirib. Sənədlər göstərir ki, onun “Google”a təxminən 1 milyon dollar borcu var, qalan ən böyük təminatsız kreditorlar isə müştərilərdir.

Şirkət, həmçinin Nyu Yorkdakı “Metropolitan Commercial Bank”da müştərilərin 350 milyon dollarlıq nağd pulunu ABŞ dolları əmanətində saxladığını və bu vəsaitin müştərilərə geri ödəniləcəyini açıqlayıb.

Gülşən Şərif

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv