!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kriptovalyuta bazarında DƏHŞƏTLİ ÇÖKÜŞ: Bir gündə 140 milyard dollar “əridi”

!Reklam – Yazi

Son sutka ərzində kriptovalyuta bazarında kapitalizasiyanın həcmində kəskin azalma qeydə alınıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ötən gün güclü dalğalanmanın yaşandığı kriptovalyuta bazarı 140 milyard dollar itirib.

Məlumata görə, ən dayanıqlı kriptovalyuta sayılan “Bitcoin” 6,3 faiz dəyər itirərək, 33,2 min dollara qədər ucuzlaşıb. Bu, 2021-ci ilin iyunundan sonra ən aşağı göstəricidir.

Maraqlıdır ki, kriptovalyuta iri texnoloji şirkətlərin dəyərinin azalması fonunda ucuzlaşmaqdadır. Ümumiyyətlə, son həftə ərzində 1 “Bitcoin”in dəyəri təqribən 9 min dollar azalıb.

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv