!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kriptovalyuta milyarderləri açıqlandı - SİYAHI

!Reklam – Yazi

“Forbes” jurnalı 2022-ci il üçün kriptovalyuta milyarderlərinin siyahısını açıqlayıb.

Yenicag.az xəbər verir ki, 2022-ci il siyahısına 7 yeni ad qoşulub. Nəticədə kriptovalyuta milyarderlərinin sayı 19-a yüksəlib.

Sözügedən siyahını təqdim edirik:

1. Çanqpenq Zhao, Sem Bankmen-Frid və Brayan Armstronq siyahının ən zəngin üç adamıdır. Onların hamısı bitcoin mübadiləsi aparır. Binance yaradıcısı Çanqpenq Zhao dünyanın 70-ci ən varlı adamıdır. “Forbes”in məlumatına görə, dünyanın ən böyük kriptovalyuta ticarət platformalarından biri olan “Binance”in yaradıcısının sərvəti 65 milyard dollar təşkil edir.

2. FTX-in təsisçisi və baş direktoru Sam Bankman-Fried 24 milyard dollar dəyərində xalis sərvətlə ikinci yeri tutur.

3. Bankmen-Frid pulunun əhəmiyyətli bir hissəsini xeyriyyəçilik üçün bağışlamaq niyyətində olduğu barədə dəfələrlə verdiyi açıqlamalara görə “Kripto Robin Qud” adlandırılıb. Onun sərvəti 6.6 milyard dollar civarındadır.

4. FTX-in həmtəsisçisi və baş texnologiya direktoru Gary Wang kriptovalyuta milyarderləri siyahısına 5.9 milyard dollar xalis sərvətlə yeni bir əlavədir.

5. “Ripple” kriptovalyuta servisinin keçmiş baş direktoru Kris Larsen ən zəngin kriptovalyuta biznesmeni olub. Qeyd olunur ki, onun varidatı 4.3 milyard dollara yaxındır.

6. Tyler və Cameron Winklevoss əkiz qadaşları da dünyanın ilk bitcoin milyarderləridir. 2012-ci ildən etibarən Bitkoinə yatırım edən əkiz qardaşlarının hər birinin sərvəti 4 milyard dollar təşkil edir.

7. Siyahıda Cənubi Koreyanın 4 milyard dollar dəyərində Upbit birjasının təsisçisi Sonq Çi-hyung da var. O, siyahıda 7-ci yeri tutur.

8. “Digital Currency Group”un (DCG) CEO-su Barry Silbertin sərvətinin isə 3.2 milyard dollar olduğu bildirilir.

9. Kriptovalyuta dünyasının ən məşhur adlarından biri olan Jed McCaleb “Ripple”ın qurucuları arasındadır. Onun sərvəti 2.5 milyard dollardır.

10. “Alchemy”nin əsasını qoyan Nikil Vişvanatan və Jozef Lau da kriptovalyuta milyarderləri sırasındadırlar. Onların hər birinin sərvəti 2.4 milyard dollar təşkil edir.

Gülşən Şərif

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv