!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kriştiano Ronaldo nişanlandı - FOTO

!Reklam – Yazi

İtaliyanın “Yuventus” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo uzun müddətdir birlikdə olduğu ispan model Corcina Rodrigeslə nişanlanıb.

Yenicag.az xəbər verir ki, Ronaldonun evlilik təklifinə sevgilisi Rodriges “hə” deyib.

Corcina artıq toy paltarını da seçib.

DÇ-2018-dən əvvəl Ronaldo ilə Rodrigesin evləcəyi barədə mediada xəbərlər yayılmışdı.

Ötən il noyabrın 12-də C.Rodrigesin qızı olub. Qıza Alana Martina adı verilib.

Ronaldonun iki surroqat anadan üç övladı – 7 yaşlı Kriştianu ilə 2017-ci ilin iyun ayında doğulmuş Yeva və Mateo adlı əkizləri var.

Ronaldo ilə gələcək həyat yoldaşı Rodriges 2006-cı ildə İspaniyanın paytaxtı Madriddə tanış olublar. C.Rodriges həmin dönəmdə “Gucci” brendinin butikində işləyirdi.

www.yenicag.az

2448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv