!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kristiano Ronaldodan “Əl-Hilal”a HÖRMƏTSİZLİK: Elə hərəkət ETDİ Kİ… - VİDEO

!Reklam – Yazi

Kristiano Ronaldo məğlubiyyətdən sonra qasıq nahiyəsini “Əl-Hilal”ın şərfi ilə silib.

Yenicag.az xəbər veeir ki, mövsümi Ər-Riyad kuboku uğrunda yoldaşlıq oyunu fevralın 8-də Səudiyyə Ərəbistanının paytaxtında keçirilib və 2:0 hesabı ilə “Əl-Hilal”ın xeyrinə başa çatıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo uduzduqdan sonra “Əl-Hilal”ın simvollarına hörmətsizlik edib.

Oyundan sonra tribunaya gedərkən “Əl-Nəsr” klubunun hücumçusu Ronaldo ona atılan “Əl-Hilal” şərflərindən birini götürüb şortikinin içinə salıb və özünü silərək atıb.

Azarkeşlər Kriştiano Ronaldo hər dəfə topa toxunduğu zaman Lionel Messinin adını oyun boyu səsləndiriblər.
Ronaldo azarkeşlərin bu davranışına emosional reaksiya verib. O, əlini qulağına qoyub və tribunalara “Messi yoxdur, mən varam” deyib.

Qeyd edək ki, bu, Ronaldonun zədədən sonra ilk oyunudur.

O, meydana start heyətində daxil olub, oyunun 54-cü dəqiqəsində sarı vərəqə alıb.

Xuraman Etibarlı

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv