!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Krokus” terror aktı ilə bağlı işdə iştirak edən şəxs həbs edildi

!Reklam – Yazi

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da terror aktı ilə bağlı iş üzrə on ikinci müttəhim Cumoxon Kurbonovu həbs edib.

Yenucag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“İstintaqın vəsatəti təmin edilib və təqsirləndirilən R.Kurbonov barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilib”, – deyə məhkəmədən bildirilib.

22 yaşlı oğlan terror aktı törətməkdə ittiham olunur.

Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktına görə cinayət işi açıb.

Martın 23-ü səhər saatlarında təhlükəsizlik qüvvələri hücumda şübhəli bilinən 4 nəfəri saxlayıb. Onların Tacikistan vətəndaşları Şəmsidin Fariduni, Saidakrami Murodali Rachabalizoda, Dalerjon Mirzoev və Muhammadsobir Fayzov olduğu məlum olub. Onlar istintaq təcridxanasına göndərilib. Kişiləri ömürlük həbs gözləyir.

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv