!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KTMT-dən Paşinyanın suallarına cavab gəldi: Təşkilat Ermənistanın tələblərini ciddiyə almır

!Reklam – Yazi

Martın 12-də keçirilən mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, təşkilat İrəvanın KTMT-nin Ermənistandakı cavabdehlik sahəsi olan sualına cavab verməzsə, Ermənistan KTMT-dən çıxacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Qəzet Paşinyanın sözlərindən sitat gətirərək yazır ki, həm KTMT, həm də Rusiya Ermənistanın suveren ərazisinin onlar üçün qırmızı xətt olması ilə bağlı dəqiq mövqe bildirib.

“Baş nazir bildirib ki, lakin buna baxmayaraq, 2021-ci il sərhəd döyüşlərində Ermənistanın “qırmızı xətti” keçilib, KTMT nizamnaməsi ilə müəyyən edilmiş addımların yerinə yetirilməyib. O qeyd edib ki, 2022-ci ilin noyabr və sentyabr döyüşlərində də KTMT hər hansı bir müdaxilə etməyib. Paşinyan qeyd edib ki, KTMT bu suallara cavab versə və onlar İrəvanın ideyalarına uyğun gəlsə, o zaman Ermənistanla qurum arasında problemlər həll olunacaq, əks halda, Ermənistan KTMT-dən çıxacaq”, – deyə qəzet yazıb.

KTMT-nin mətbuat xidmətindən sözügedən məsələ ilə bağlı RBC-ya bildirilib ki, KTMT tənzimlənən dövlət sərhədləri çərçivəsində Ermənistanın suveren ərazisini Ermənistanda özünün məsuliyyət sahəsi hesab edir.

Erməni nəşri əlavə edib ki, bu bəyanatla KTMT rəsmi İrəvanın sualına mahiyyətcə cavab verib:

“Məsuliyyət zonası”nın ifadəsi kifayət qədər mürəkkəbdir və obyektiv cavab almaqdan daha çox diqqəti respublikadakı vəziyyətə cəlb etmək məqsədi daşıyır, çünki əməkdaşlıq prinsiplərinə istinad edən və imzalanan 2010-cu il müqaviləsinə əsasən, KTMT çərçivəsində məsuliyyət zonası üzv dövlətlərin suveren əraziləri hesab olunur”, – deyə açıqlamada qeyd olunur.
KİV diqqətə çatdırıb ki, KTMT daha sonra qeyd olunan sənədin 2010-cu ildə Moskvada imzalandığını təfərrüatlı şəkildə bildirib:

“KTMT qeyd edib ki, təşkilatın məsuliyyət zonası Ermənistanla qonşuları arasında ikitərəfli prinsiplə tənzimlənən dövlət sərhədinin keçdiyi yerdə bitir. Bu bəyanat isə KTMT-nin Ermənistanın tələblərinin ciddiyə almaması deməkdir. Çünki Ermənistan-Azərbaycan sərhədinin problemli olduğu hər kəsə aydındır. Belə olan halda, KTMT-nin Paşinyanın məntiqi və üslubu ilə ona cavab verdiyini söyləmək olar: Əvvəlcə sərhədlərinizi dəqiqləşdirin, dövlətlərarası sərhədi müəyyənləşdirin, sonra yalnız bizim üçün başa düşülən tələblərlə müraciət edin”.

Rafi Müslümov

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv