!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"KTMT Ermənistanın qərarına hörmət edir" - Baş katib

!Reklam – Yazi

Son vaxtlar İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyinin işində iştirak etmir, lakin Ermənistanın təşkilata üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlamalar verilmir”.

Yenicag.az xəbər verir ki, bunu TASS-a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

“İrəvan həqiqətən də son vaxtlar KTMT Katibliyinin işində iştirak etmir, bu, Ermənistanın indiki mərhələdəki qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq, lakin təşkilatın fəaliyyəti tam həcmdə, bütün prosedurlar davam edir. KTMT-nin normativ bazasına uyğun olaraq müşahidə edilir”, – deyə təşkilatın baş katibi bildirib.

Onun sözlərinə görə, KTMT Katibliyi qəbul və qəbul olunacaq qərarlar barədə İrəvanın müvafiq strukturlarını məlumatlandırır. “ER rəsmilərinin açıqlamalarına gəlincə, qeyd etməliyəm ki, katibliyə İrəvandan təşkilatın üzvlüyünün ləğvi ilə bağlı rəsmi açıqlama daxil olmayıb”, – Tasmaqambetov vurğulayıb.

Xatırladaq ki, ER baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dayandırdığını bildirərək, qurumun 2021-2022-ci illərdə respublika qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib./unikal

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv