!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"KTMT-nin Ermənistanın müraciəti ilə Azərbaycanın ərazisində baş verən proseslərə..." - ŞƏRH

!Reklam – Yazi

“Laçınla bağlı heç bir hüquqi əsas olmadığı üçün Ermənistan KTMT-yə müraciət edə bilməz”.

Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zasın Ermənistanın Laçın dəhlizi ilə bağlı KTMT-yə müraciət etməməsilə bağlı çıxışı haqda danışan politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Elçin Mirzəbəyli bildirib ki, KTMT-nin Azərbaycanın suveren ərazisi olan Laçınla bağlı qərar vermək səlahiyyəti yoxdur:

“KTMT-yə üzv dövlətlər rus sülhməramlılarının təhlükəsizliyə nəzarət etdiyi ərazilərin beynəlxaq miqyasda Azərbaycana aid olduğunu bilirlər. KTMT-nin Ermənistanın müraciəti ilə Azərbaycanın ərazisində baş verən proseslərə müdaxilə etmək hüququ yoxdur. KTMT-nin nizamnaməsi BMT nizamnaməsinə uyğun hazırlanıb.

İndiki şəraitdə Ermənistana qarşı heç bir təhlükə yoxdur. Proseslər Azərbaycanın suveren ərazilərində baş verir. Məsələ ilə bağlı heç bir hüquqi əsas olmadığı üçün Ermənistan KTMT-yə müraciət edə bilməz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv