!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“KTMT-nin son toplantısı da göstərdi ki, Ermənistanın bu qurumda ciddi dəstəyi yoxdur” – ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın KTMT-dən çıxması ilə bağlı məsələnin parlamentin gündəliyinə təklif olunması da bu narazılığın göstəricisi idi”.

Bu fikirləri nüvəsini Rusiyanın təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin Ermənistanın təşəbbüsü ilə baş tutan onlayn toplantısında səsləndirilən fikirlərə münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın daxili həmrəyliyi minimum səviyyədə olan bir qurumdan dəstək alması imkansızdır:

“KTMT-nin toplantısından əvvəl Rusiya Prezidentinin “Valday” diskussiya klubundakı çıxışında yer alan bəzi, Azərbaycanın maraqlarına uyğun olmayan fikirlərinə toxunmaq istərdim.

Vladimir Putin həmin çıxışında Qarabağ ermənilərinin vəziyyəti ilə bağlı mövqeyini bildirdi və Azərbaycan o yanaşma ilə razılaşa bilməz. Ümumiyyətlə, prosesin indiki mərhələsində Azərbaycana nəyisə diqtə etmək mümkün deyil.

Bildiyiniz kimi, Ermənistan üzvü olduğu KTMT-nin fəaliyyətindən narazıdır. Hesab edir ki, 44 günlük müharibədə və bu il baş verən sentyabr döyüşlərində təşkilat onu müdafiə etməyib. Bu baxımdan, baş tutan onlayn toplantı Ermənistan üçün mövqelərin müəyyənləşməsi baxımından, vacib idi.

Yəni Ermənistanın KTMT-dən çıxması ilə bağlı məsələnin parlamentin gündəliyinə təklif olunması da həmin narazılığın göstəricisi idi. Ancaq göründüyü qədər, toplantıda Ermənistana nəinki dəstək verildi, əksinə, onun Azərbaycanla anlaşmasının vacibliyi vurğulandı. KTMT-nin son toplantısı da göstərdi ki, Ermənistanın bu qurumda ciddi dəstəyi yoxdur. Başqa sözlə, Ermənistan KTMT-dən dəstək almasa da, müttəfiqlərinin mövqeyini öyrənmiş oldu.

Artıq bütün diqqətlər Soçi görüşünə yönəlib. Açığı, Soçidə hansısa ciddi anlaşmanın olacağını gözləmirəm. Fikrimcə, nizamlama prosesi çərçivəsində nəzərdə tutulan Brüssel görüşü daha məhsuldar və nəticəli ola bilər”.

A.Zeynalov

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv