!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KTMT sərhəddəki vəziyyətlə bağlı onlayn sammit keçirir

!Reklam – Yazi

KTMT-nin sərhəddəki gərginliklə bağlı onlayn sammiti keçirilib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç və KTMT Baş katibinin müavini Valeri Semerikov iştirak ediblər. Görüş videokonfrans vasitəsilə keçirilib.

İclasda KTMT baş katibinin dövlət başçılarına ətraflı məruzə hazırlamaq üçün münaqişə zonasına getməsi, həmçinin vəziyyəti təhlil edərək təkliflər hazırlamaq üçün Katibliyin və KTMT-nin Birgə Qərargahının əməkdaşlarından ibarət işçi qrupunun yaradılması təklif olunub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu iclası sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistanın xahişi ilə çağırılıb.

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv