!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"KTMT tədbirlərindən imtina Ermənistanı yeni təhlükə altında qoyur" - Ohanyan

!Reklam – Yazi

“KTMT tədbirlərində iştirak etməmək Ermənistanın təhlükəsizliyini yeni təhlükə altında qoyur”.

Yenicag.az xəbər verir ki, bunu noyabrın 15-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

O, baş nazir Nikol Paşinyanın KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməməsi faktını şərh edib.

Onun sözlərinə görə, Paşinyanın ən azı xarici siyasət sahəsində sözlə əməl uyğun gəlmir.

“KTMT – mənşəyi Ermənistan tərəfindən yaradılan bir təşkilatdır. Aydındır ki, münasibətlərdə problemlər var. KTMT-nin formalaşmasına gedən yol o qədər də sadə olmayıb. Ermənistan proseslərdə fəal iştirak edib.

Ermənistan və Qarabağın kifayət qədər ağır hərbi-siyasi vəziyyətdə olduğu və təhdidlərin dərinləşdiyi bir şəraitdə KTMT tədbirlərində iştirak etməmək Ermənistanın təhlükəsizliyi üçün yeni zərbə riski deməkdir”, – Ohanyan bildirib.

O hesab edir ki, KTMT ilə münasibətlərin korlanması bir çox hallarda Ermənistan hakimiyyətindən qaynaqlanır.

“Biz Ermənistanın mövcud olduğu bütün strukturlarda tədbirlərdə iştirak etməliyik. Əgər alyans üzvləri və ya qonşularla problemlər varsa, o zaman bu məsələlər məhz tədbirlərin keçirildiyi platformalarda qaldırılmalıdır”, – keçmiş nazir deyib.

Paşinyanın KTMT-nin Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini deməsi ilə bağlı iradlara cavab olaraq müxalifətçi deputat vurğulayıb:

“Əgər onlar yerinə yetirilmirsə, bunu biz də görürük. O zaman bu barədə danışmaq, səsini çıxarmaq lazımdır. Amma hesab edirəm ki, bəzi hallarda KTMT-nin üzərinə Ermənistanın özü yerinə yetirməli olduğu vəzifələr qoyulur. Heç bir KTMT ölkəsi sərhədlərimizi möhkəmləndirməyə, yüksəkliklərimizdə, strateji nöqtələrimizdə səngər qazmağa gəlməyəcək”.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə söhbətində KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcəyini açıqlayıb. Artıq bu, Paşinyan tərəfindən ikinci imtinadır.

Xuraman Etibarlı

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv