!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kuba İTTİHAM ETDİ: "ABŞ Qəzzadakı soyqırıma görə məsuliyyətə cəlb olunsun"

!Reklam – Yazi

Kuba ABŞ-ni Qəzzada soyqırıma görə cavabdeh kimi məsuliyyətə cəlb etməyə çağırıb.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio Qəzza zolağındakı vəziyyəti soyqırım adlandırıb. O, ABŞ-ni “XXI əsrin ən böyük cinayətində ortaqlığa” görə məsuliyyətə cəlb etməyə çağırış edib.

“Xəbər agentliklərinin məlumatına görə, son 24 saat ərzində 700 fələstinli öldürülüb. Əgər bu, soyqırım deyilsə, o zaman termin dəyişdirilməlidir. ABŞ hökuməti 21-ci əsrin ən böyük cinayətində iştirakına görə cavab verməlidir”, – Fernandes de Kossio X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Kuba Fələstini fəal şəkildə dəstəkləyir. Ölkədə ali rəhbərliyin iştirakı ilə Fələstinə dəstək nümayişlər keçirilir.

Xuraman Etibarlı

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv