!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Küçə itlərindən qorunmaq, yoxsa onları qorumaq? – “Sahibsiz heyvanların insanlara hücumu...”

!Reklam – Yazi

“Sahibsiz heyvanlara qarşı qəddar davranış problem həll etmir, əksinə, olaraq daha da dərinləşdirir”.

Bu fikirləri sahibsiz itlərin çoxalması və onların insanlara hücüm etməsi hallarının qarşısının alınması istiqamətində görülməli olan tədbirlər haqda danışan Canlı Ailənin Mühafizəsi Alyansının rəhbəri Mənsurə Rəsulzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə halların baş verməsinin əsas səbəbi sahibsiz heyvanlarla bağlı problemlə məşğul olan qurumun öz işini düzgün qurmamasıdır:

“Sahibsiz heyvanlar məsələsi mütəmadi olaraq gündəmə gəlir. Ancaq qeyd edilməlidir ki, sahibsiz heyvanların insanlara hücum etmələrində əsas günahkar aidiyyatı dövlət qurumlarıdır.

Azərbaycan hələ 16 il əvvəl müvafiq beynəlxalq konvensiyasya qoşulsa da, həmin sənədin tələblərinə riayət edilmir. Bütün regionlarda sahibsiz heyvanların sayına və sağlamlığına nəzarət edilməlidir. Bu işlər Dövlət Baytarlıq Xidməti tərəfindən həyata keçirilməlidir.

Həmçinin sahibsiz heyvanlar üçün sığınacaqların təşkil edilməsi, saxlanılması, yedizdirilməsi də bura daxildir. Lakin heyvanlara humanist nəzarət əvəzinə, həmişə qəddar tədbirlər görülür. Sahibsiz heyvanlara qarşı qəddarcasına davranış problem həll etmir, əksinə, olaraq daha da dərinləşdirir”.

Nuray Məmmədzadə

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv