!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Küçə ortasında dəhşət - Ata və azyaşlı oğluna silahla hücum edildi - FOTO

!Reklam – Yazi

İstanbulda oğlu ilə gəzən ata avtomobili sürətli sürməməsilə bağlı xəbərdarlıq etdiyi sürücü tərəfindən silahlı hücuma məruz qalıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Kağıthanə rayonunun Çeliktəpə məhəlləsində baş verib.

Belə ki, xəbərdarlıqdan sonra silahlı tacizə məruz qaldığı üçün ata oğlu ilə birlikdə yaxınlıqdakı marketə sığınıb. Atanın marketə girdiyini görən silahlılardan biri ora daxil olmaq istəsə də, ətrafdakı vətəndaşlar buna mane olub.

Bundan qəzəblənən silahlı havaya bir neçə dəfə atəş açıb və daha sonra gənclər avtomobillərinə minərək hadisə yerindən uzaqlaşıblar.

Polis tərəfindən araşdırma aparılıb və həmin şəxslər saxlanılıb.

Qeyd edilib ki, avtomobilin sahibi olduğu müəyyən edilən 22 yaşlı Onur T. adlı şəxsin haqqında bundan öncə də bir çox cinayət işi açıldığı məlum olub.

Hadisə müşahidə kameraları vasitəsilə lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv