!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Külək Bakı məktəbində təhlükə yaratdı - FOTO

!Reklam – Yazi

Bakıda külək məktəb həyətindəki söhbətgahın dam örtüyünü uçurub.

Yenicag.az xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən 272 nömrəli tam orta məktəbdə baş verib.

Məlumata görə, hadisəyə ölkə ərazisində qeydə alınan küləkli hava şəraiti səbəb olub.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tapşırıqlar verilib. Belə ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillər olduğu qeyd olunub./Baku.ws/

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv