Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kürdə batan Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.

Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Sadıxbəyli Ramin II Qarabağ müharibəsində iştirak edib. Yaxınlarının sözlərinə görə, o, bu il yanvarın əvvəllərində evə buraxılıb. Mingəçevir şəhərinə isə qonaq gedib. 31 yanvar tarixində Yusifov Səfxan Aydın oğluna aid qayıqla Kür çayında balıq tutmağa gedib. Saat 17:00-dan sonra isə ondan xəbər almaq mümkün olmayıb.

Loading...

www.yenicag.az

178
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100