!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 8-ci sinif şagirdi ərə verilib? - DİN-dən AÇIQLAMA - YENİLƏNDİ

!Reklam – Yazi

“Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub”.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə məlumat daxil olub.

Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.:

“Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

****

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kürdəmir rayonunun Muradxan kəndində 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırmalara başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, evliliyə cəlb olunduğu iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunublar.

Araşdırmalar zamanı məktəbli qızın ərə verilməsi faktı təsdiqini tapmayıb:

“Sadəcə, ailələrin övladları üçün kiçik nişan mərasimi təşkil etdikləri məlum olub və valideynlər qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra onların toy mərasiminin keçiriləcəyini bildiriblər”.
T.Mərdanoğlu bununla yanaşı bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurmasına cəlb edilməsinin yolverilməzliyi və qanunla qadağan olunduğu hər iki şəxsin valideynlərinin diqqətinə çatdırılıb.

Dövlət Komitəsinin sözçüsü məktəbli qızın hazırda dərslərinə davam etdiyini vurğulayıb.

O, həmçinin əlavə edib ki, məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası nəzərdə tutulub.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv