!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Kürdəmirdə avtomobillər toqquşdu: Xəsarət alanlar var

!Reklam – Yazi

Kürdəmir rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, Çöhranlı kənd sakini, 1951-ci il təvəllüdlü Hacıyev Alim Ağaveyis oğlu, onun həmyerliləri – 20 yaşlı Rəşidə Rəcəbova və 18 yaşlı Süleyman Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv