!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kursant vəfat etdi - Rəsmi qurumlar AÇIQLAMA yaydı

!Reklam – Yazi
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu bu gün müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.
Bu barədə Yenicag.az-a Hərbi Prokurorluqdan açıqlama verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib:
“Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.
***
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.
Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
“Həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb”, – deyə məlumatda qeyd olunub.

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv