!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Kurtlar vadisi"nin daha bir aktyoru VƏFAT ETDİ - FOTO

!Reklam – Yazi

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “Serdar Akar” obrazını canlandıran aktyor Kazım Akşar 69 yaşında dünyasını dəyişib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ürək tutmasından vəfat edib.

Qeyd edək ki, daha çox teatrda səhnə alan Akşar sonuncu dəfə “Menajerimi ara” serialında rol alıb. O, “Arka sokaklar”, “Kurtlar vadisi” kimi bir çox məşhur layihədə də müxtəlif obrazlar canlandırıb.

Xatırladaq ki, ötən ay “Kurtlar vadisi”nin aktyorlarından biri olan Levent Güner vəfat etmişdi. Daha öncə isə “Kurtlar Vadisi” serialında “İplikçi Nedim” obrazı ilə yadda qalan aktyor İsmail İncekara, “Mete Aymar” obrazını canlandıran İbrahim Gündoğan və məşhur aktyor Demiray Erül dünyasını dəyişiblər.

 

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv