!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KURYOZ HADİSƏ: İt sahibinin 4 min dollarını yedi və "qaytardı" - FOTO/VİDEO

!Reklam – Yazi

ABŞ-də kuryoz hadisə baş verib. İt 4 min dolları yeyib, lakin sonra bütün məbləği “qaytarıb”.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də evli cütlük bir alış üçün bankdan böyük məbləğdə pul çıxarıb və yarım saat ərzində nağd pul olan zərfi nəzarətsiz qoyublar.

Daha sonra 7 yaşlı “Sesil” adlı it  içəri girərək pul olan zərfi cırıb və yeyib.

İtin sahibləri bildiriblər ki, onların ev heyvanı əvvəllər heç vaxt pis iş görməyib, ona görə də o, onlarla 50 və 100 dollarlıq əskinasları yeyəndə “şoka düşüblər”.

Nəticədə cütlük əskinasları bərpa etməyə cəhd etmək qərarına gəlib.

“O, divanda oturmuşdu və biz bu itin içində potensial olaraq 2000 dollar olduğunu düşünərək güldük”, – itin sahibi Kerri deyib.

Onlar qırıntılardan təxminən 1500 dollar toplaya biliblər. Qalanını isə itin nəcisindən və qusmasından tapmalı, sonra yuyub yapışdırılmalı olublar.

Cütlük qeyd edib ki, pulları banka gətirməzdən əvvəl bir neçə dəfə yuyublar.

Beləliklə, təxminən 3500 dollar bərpa edilib.

Xuraman Etibarlı

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv