!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KURYOZ HADİSƏ: Şərti cəza ilə razılaşmayan rüşvətxor hakim başına iş açdı - FOTO

!Reklam – Yazi

Rüşvət aldığına görə şərti cəza alan hakim başına iş açıb.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Adıgeydən olan hakim Pavel Aqafonov rüşvət aldığına görə şərti cəza alıb. Çəzasına etiraz etməyə çalışan hakimə sonda daha ağır cəza verilib.

Məhkəmə onun şərti cəzasını real cəzaya dəyişib.

Maykop Şəhər Məhkəməsinin hakimi Pavel Aqafonov əvvəllər 50 min rubl (təxm. 1 000 man.) rüşvət almaqda təqsirli bilinib.

Adıgey məhkəməsi onu 2022-ci ildə 5 il şərti həbs və bir milyon yarım rubl cərimə cəzasına məhkum edib.

Hakim qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. Ona Volqoqrad Vilayət Məhkəməsi baxıb.

Nəticədə, keçmiş hakimin şərti cəzası ümumi rejimli koloniyada həqiqi cəza ilə əvəz edilib.

Xuraman Etibarlı

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv