!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Küveyt Əmiri İlham Əliyevi təbrik etdi

!Reklam – Yazi

Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan sıx əlaqələrin bundan sonra da inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı tərəqqi və rifah diləyirəm”.

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv