!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçın yolunda aksiyanın məqsədi: "Sülh müqaviləsi ilə bağlı proses..." - ŞƏRH

!Reklam – Yazi

“Etiraz aksiyasının əsas məqsədlərindən biri də sülh müqaviləsinin imzalanması prosesinə mane olmaq istəyən istənilən addımın qarşısını almaqdır”.

Bu sözləri Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin və sıravi vətəndaşlarının Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyasının mümkün təsirlərini dəyərləndirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycan tərəfinin etiraz aksiyası doğru yanaşmadır və sülh müqaviləsi ilə bağlı prosesə müsbət təsir göstərəcək:

“Vətəndaş cəmiyyətinin nümayəndələri, QHT-lər və media mənsubları Azərbaycanın işğaldan azad etdiyi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə etiraz aksiyasını artıq beşinci gündür davam etdirirlər. Çünki sözügedən ərazilərdə Azərbaycan xalqına və dövlətinə məxsus olan faydalı qazıntılar qanunsuz olaraq istismar olunur. Eyni zamanda istismar nəticəsində ekologiyamıza qarşı da ciddi zərər vurulur. Bu, Azərbaycana qarşı ekoloji terror prosesidir. Buna görə də Azərbaycan tərəfinin reaksiyası gözlənilən idi. Azərbaycan ərazisində istənilən şəxsin etiraz etmək hüququ var. İnsanlarımız bu hüquqlarından istifadə edərək sözügedən ərazilərə axışıb. Azərbaycanın hər bir vətəndaşı öz etirazını bildirmək üçün həmin əraziyə getməyə hazırdır.

Azərbaycan tərəfi heç vaxt ona məxsus faydalı qazıntıların qanunsuz istismarına imkan verməyəcək. Ona görə də insanlarımızın etirazına hörmətlə yanaşırıq. Dinc əhali tərəfindən keçirilən etiraz aksiyasında heç bir silahdan istifadə edilmir. Bu etirazlara hansısa don geyindirmək məntiqsiz və əsassızdır.

Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması iddiası da həqiqətə uyğun deyil və reallığı əks etdirmir. Hər zamankı kimi  ermənilər və ermənilərə dəstək olan qüvvələr tərəfindən təxribatçı addımlar həyata keçirilir. Etiraz aksiyasının əsas məqsədi ekoloji terrorun, həmin ərazilərə qanunsuz səfərlərin və Azərbaycanın faydalı qazıntılarının qanunsuz istismarının dayandırılmasıdır. Bununla yanaşı, sülh müqaviləsinin imzalanması prosesinə mane olmaq istəyən istənilən addımın qarşısını almaqdır. Sülh müqaviləsinin bağlanması prosesində Azərbaycan məntiqli addımlarını ardıcıl şəkildə davam etdirir. Bu etiraz aksiyası da həmin məqsədə xidmət göstərən addımlardandır”.

Gülşən Şərif

www.yenicag.az

1890
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv