!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçın yolunda davam edən AKSİYA: "Azərbaycanın tələbləri yerinə yetirilməyənədək..."

!Reklam – Yazi

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz bir gündür davam edir. Ölkə başçısı Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bu məsələyə toxunub. Prezidentin açıqlamalarından görünür ki, o, həm Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasından, həm də sülhməramlıların fəaliyyətindən detallı şəkildə məlumatlıdır.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanın məqsədi erməniləri blokadaya salmaq, ya da ərazidən qaçırmaq deyil. Əksinə, ermənilər Azərbaycan qanunlarına tabe olub yaşamaq istəsələr, qala bilərlər:

“Prezidentin Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası baradə dediklərindən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın tələbləri yerinə yetirilməyənədək Laçın yolundakı aksiya davam edəcək. Aksiyanın dayandırılması məqsədilə Bakıya edilən istənilən təzyiq də heç bir nəticə verməyəcək. Yəni proses uzunmüddətli ola bilər.

Ölkə başçısı açıq şəkildə Ermənistana xəbərdarlıq edir ki, biz danışıqlar prosesini, habelə sərhədlərin delimitasiya və demarkasiya prosesinin həlli istiqamətində danışıqları növbəti 27 il aparmayacağıq. Proses bir müddət davam edəcək və nəticəsiz olacağı təqdirdə rəsmi Bakı konsensus variantından imtina edəcək. Sərhədlərin delimitasiya və demarkasiya prosesi, habelə yekun sülh müqaviləsi istiqamətində rəsmi İrəvan konstruktiv addımlar atmasa, Bakı hərbi əməliyyatlar variantına əl atacaq”.

Gülşən Şərif

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv