!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçına qayıdanların yeni şəraitə adaptasiyasına kömək üçün təlimlər keçirildi - Fotolar

!Reklam – Yazi

31 ildən sonra Laçın şəhərinə qayıdan sakinlərin yeni şəraitə adaptasiyasına kömək edə biləcək təlimlər təşkil olunub.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi “Azad Laçında yeni həyata dəstək” layihəsi çərçivəsində Laçına səfər təşkil edib.

Layihənin məqsədi doğma yurduna geri dönən insanların yeni şəraitə adaptasiyasına kömək göstərmək və onların yeni bilik və bacarıqlar qazanmasına dəstək verməkdir. Bunun üçün iki gün ərzində bir sıra tədbir və təlimlər keçirilib.

Təlimin ilk günü Laçının 2 saylı tam orta məktəbində baş tutub.

Birlik rəhbəri Sevinc Fədai azad edilmiş torpaqlarda, eləcə də Laçında həmvətənlərimiz üçün çalışmağın böyük fəxr olduğunu söyləyib, bunun böyük önəm daşıdığını ifadə edib, layihənin məramı barədə məlumat verib.Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə, yazıçı Qan Turalı, Laçın rayon İmanlar kənd orta məktəbinin müəllimi Samirə Gülməmmədova, “Bakı Abadlıq Xidməti”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva “Böyük Qayıdış” proqramı haqqında danışıb, Laçında həyata keçirilən quruculuq işlərinin fərəh doğurduğunu bildiriblər.

Daha sonra Birliyin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ərsəyə gətirdiyi “Mən səni sevirəm, müəllim” sənədli filmi nümayiş etdirilib. Film nümayişinin ardınca uşaqlar üçün əyləncə proqramı həyata keçirilib. Proqram çərçivəsində uşaqların yaş qrupuna uyğun olaraq, fləşmoblar, intellektual oyunlar və viktorinalar həyata keçirilib. Tədbirin sonunda azyaşlı uşaqlara və məktəblilərə “Tarix yazan uşaqlar” seriyasından olan nəşrlər, “Çinar Yayımları” və “Altun” Nəşriyyatına məxsus məktəb ləvazimatları və bədii kitablar, “Ecojoy toys”a aid məntiq və zəkanı inkişaf etdirən oyuncaqlar hədiyyə edilib.

Növbəti günün “Üfüqdə günəş” proqramı çərçivəsində uşaq inkişaf mütəxəssisi Aynur Musayevanın uşaqlar üçün incəsənət terapiyası, Vətən müharibəsinin şəhidi Ayaz İmanzadənin həyat yoldaşı Gülşən İmanzadənin floristika və dekorativ tətbiqi sənət, Ləman Təhməzzadənin isə qadınlar üçün aksesuar dizaynı üzrə nəzəri-praktik təlimləri baş tutub. Laçın şəhər 2 saylı tam orta məktəbin direktorun Sevinc Orucovanın da iştirak etdiyi təlimdə laçınlı qadınların hazırladığı əl işləri böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Birlik Laçın şəhərində bu kimi tədbirləri davam etdirməyi nəzərdə tutur.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv