!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçında baş verənlərin PƏRDƏ ARXASI: “Ermənistana təzyiq göstərərək...” - MÖVQE

!Reklam – Yazi

“Cənubi Qafqazda sülh istəməyən qüvvələr – başda Fransa olmaqla, Rusiya və İran sülh proseslərində aktiv iştirak etməyə çalışan Ermənistana Paşinyanın bəyanatından sonra ciddi təzyiq göstərir”.

Bunu Laçın yolu ilə Qarabağda yaşayan erməni əhaliyə göndərilən “humanitar yardım” şousunun sülh prosesinə təsirindən danışan Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.


O, bildirib ki, Laçın yolundan Qarabağdakı erməni əhaliyə “humanitar yardım” adı altında Ermənistan və havadarlarının, rus sülhməramlısı adı altında fəaliyyət göstərən təxribatçıların yaratdığı şou növbəti sülh danışıqlarına böyük zərbədir:

“30 il müddət ərzində də Ermənistanın sülh əldə etməyə çox az qalmış yayındığını müşahidə etmişik. Bu kimi fəaliyyətlərin isə Ermənistana və havadarlarına baha-başa gəldiyini bütün dünya ictimaiyyətinə nümayiş etdirdik.

Qarabağda yaşayan erməni əhaliyə göndərilən “humanitar yardım” şousuna Avropa Birliyi nümayəndələri dəstək verməklə beynəlxalq hüququn normalarını ayaqlar altına atmış oldular. Ermənistan isə Azərbaycan qanunlarına qarşı çıxmağa cəhd edir. Bu isə xoş qarşılanacaq bir məsələ deyil.

Ermənistan ictimaiyyəti hazırda iki yerə bölünüb: revanşist qüvvələr və sülh istəyənlər. Ermənistan Baş naziri Nikol Paşinyan isə hakimiyyətini qorumaq üçün “İngilis bayrağı” kimi gah müharibə istəyənlər tərəfə əsir, gah da sülh istəyənlər tərəfə.

Paşinyan bir müddət öncə Azərbaycan ərazisini Qarabağ da daxil olmaqla tanıdı. Lakin bunu kağız üzərində rəsmiləşdirə bilmədi. Çünki qorxur və çəkinir. Cənubi Qafqazda sülh istəməyən qüvvələr – başda Fransa olmaqla Rusiya və İran sülh proseslərində aktiv iştirak etməyə çalışan Ermənistana Paşinyanın bəyanatından sonra ciddi təzyiq göstərir.

Hazırda həmin qüvvələr Ermənistana qanunsuz silah daşıyır, Azərbaycan qanunlarına qarşı çıxması üçün təzyiq göstərir, bir sözlə yeni müharibəyə hazırlaşdırırlar. Paşinyan və ermənilər isə bu qüvvələrin məkrli planlarının həyata keçirilməsində alət rolunu oynayır.

Belə ucuz şoularla Azərabycanın beynəlxalq ictimaiyyətdəki nüfuzuna zərər verə bilməzlər. Dövlətimiz bu kimi qanunsuz və təxribatçı addımların qarşısını diplomatik gedişlərlə alacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv