!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçında çoban minaya düşdü - YENİLƏNDİ

!Reklam – Yazi

Minaya düşən şəxsin Kənd Təsərrüfatı Nazirliyinin yak təsərrüfatının çobanı olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi yak təsərrüfatının Sus kəndindən uzaqda yerləşdiyini və orada həmin adda çobanın olmadığını bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən qeyd edilib ki, bu gün Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizağa oğlu Əzizov mina partlayışı nəticəsində xəsarət alıb:

“Fakt üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Həmin şəxsin icazə ilə orada olub-olmaması ilə bağlı araşdırma bitdikdən sonra məlumat veriləcək”.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumatdən isə qeyd edilib ki, Laçın rayonu ərazisində minalardan təmizlənməmiş ərazisində baş verib:

“Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb”.

***

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün Laçın rayonu Sus kəndi ərazisində çoban donuz oturan zaman minaya düşüb.

Minaya düşən 2001-ci il təvəllüdlü Ramil Əzizovun sağ ayağının daban hissəsi amputasiya edilib.

Hazırda faktla bağlı araşdırma aparılır./Oxu.az/

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv